Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

10:55 | 11.06.2016
Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

Obama Belarusa qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.

"Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, - məlumatda bildirilir. Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.

2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM