Obama-Ərdoğan görüşü baş tutdu

22:43 | 05.09.2014
Obama-Ərdoğan görüşü baş tutdu

Obama-Ərdoğan görüşü baş tutdu

ABŞ Senatı Obamanın Ankara böyükelçisi namizədini bəyənmədi, keçmiş səfiri yenidən Ankaraya göndərdi – məsləhətçi sifəti ilə; M. İncə CHP sədri seçilmədi, o köhnə-yeni sədr Kılıçdaroğlu ilə “əl-ələ verib Ərdoğanın faşist rejiminə qarşı mücadiləsini davam etdirəcək”

Uelsdə keçirilən NATO sammitində çoxdan gözlənilən görüş keçirilir.ABŞ prezidenti Barak Obama ilə Türkiyəli həmkarını NATO sammiti çərçivəsində görüşü baş tutub. 15 ay fasilədən sonra görüşən liderlər media qarşısında şəkil çəkdirəndən sonra qapalı görüş otağına keçiblər. 90 dəqiqə davam edən görüşdə qarşılıqlı maraq doğruna bir sıra məsələlər müzakirə edilib.  Görüşdən sonra ABŞ prezidenti Obama mətbuat konfransı keçirib. Lakin ona yönələn sualların böyük əksəriyyəti Ukrayna və Rusiya mövzusunda olub.  Nə Ağ Ev, nə də rəsmi Ankara görüş haqqında mediaya operativ açıqlama verməsələr də, təkbətək görüşdə İŞİD məsələsindən, Siruyada və İraqdakı duruma, İsrail-Fələstin savaşına qədər bir çox məsələlər haqqında fikir mübadiləsi edildiyi ehtimal olunur. Türkiyə mediası yazır ki, Ərdoğan Obamadan Pensilvaniyada mühacirət həyatı yaşayan dini lider Fətullah Güləni də istəyə bilər. O da məlumdur ki, Ərdoğan Uelsdə bütün instansiyalar qarşısında “NATO Azərbaycana verdiyi sözə əməl etsin”, mesajını verib. Onun eyni sözü Obamaya deyib-deməməsi bu sətirlər yazılarkən, məlum deyildi. Görüşdən əvvəlki yemək fasiləsində Obamanın Türkiyə prezidenti Ərdoğanın masasında oturub, yemək yeməsi də diqqətlərdən yayınmayıb. ****Bu arada ABŞ Senatı Con Beysin Ankara böyükelçisi təklifini müzakirəyə çıxarıb. Senatorlar təkliflə bağlı qərarı açıq saxlayıb. Con Beys ABŞ-ın 50-yə yaxın təyinatının təsdiqini gözləyən böyükelçilərin sırasına qatılıb. Yada salaq ki, Beysin bu posta namizədliyini prezident Obama irəli sürmüşdü. Senat Ankara böyükelçiliyini başsız qoymamaq üçün ilginc bir qərar alıb – ABŞ dövlət katibi Con Kerrinin təklifi əsasında ABŞ-ın sonuncu Ankara böyükelçisi Ross Uilsonun Türkiyəyə məsləhətçi olaraq göndərilməsi qərara alınıb. Bir müddət ABŞ-ın Türkiyədəki diplomatik missiyasına cənab Uilson rəhbərlik edəcək. ABŞ Senatının bu haqda açıqlamasında bildirilir ki, həssas bir məqamda Ankara böyükelçiliyinin rəhbərsiz saxlanması münasib sayılmır: “Ankara böyükelçisi rəsmi Vaşinqton üçün çox önəmli vəzifədir. Bu postda boşluq yaranmaması üçün cənab Con Kerrinin təklifi dəstəklənir. ABŞ-ın Türkiyədəki diplomatik missiyasının rəhbərsiz qalmamasını bölgədə baş verən proseslər, bu proseslər zamanı ABŞ-Türkiyə işbirliyinin oynadığı mərkəzi rol tələb edir”.Türkiyə siyasi gündəminin ən önəmli qərarlarından biri də CHP-nin fövqəladə qurultayında alınıb. Yeni başqan seçimlərini keçirən Türkiyənin ana müxalifət partiyası Kemal Kılıçdaroğlunu yenidən CHP sədri seçib. Qurultay nümayəndələrindən 740-ı Kılıçdaroğluna, 415-i isə onun rəqibi Muharrem İnceye ses verib. Beləliklə də səslərin 64.1 faizini qazanan Kılıçdaroğlu postunu qoruya biilb. Qurultaydan sonra Muharrem İnce seçki sonuclarını "basqı və qorxunun" nəticəsi saydığını vurğulayıb. Maraqlıdır ki, İncenin seçki qərargahında ona 944 nəfərin səs verməsi haqqında sənədlər var. Qutudan isə İncenin lehinə 415 bülleten çıxıb. O, bu durumu son məqamda qurultay nümayəndələrinə basqıların olması ilə izah edib: “Buna baxmayaraq, partiyanı tərk etməyəcəm. Mən 14 yaşından bu partiyadayam, indi də onun əsgəri olaraq, qalıram". M. İnce daha sonra tribunada yekun sözü deyib. İnce Kılıcdaroğluna "daha rəqibim yox, genel başqanımdır" söyləyib: “Bundan sonra əl-ələ verib, Tayyib Ərdoğanın faşist rejimini bir yerdə yıxacağıq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb