Obama hansı telefonu işlədir?

20:10 | 05.12.2013
Obama hansı telefonu işlədir?

Obama hansı telefonu işlədir?

Son vaxtlar, Kanadanın «Blackberry» telefonlarının istifadəçilərinin sayında azalma müşahidə edilsə də, şirkətin, ən azı, bir sadiq müştərisi var - ABŞ prezidenti Barak Obama. ANS PRESS-in Reuters agentliyinə istinadən verdiyi məlumatına görə, səhiyyə planının təbliğatı üçün gənclərlə görüşən Barak Obama etiraf edib ki, «təhlükəsizlik tədbiri» olaraq, onun «iPhone» mobil telefonlarından istifadəsinə icazə verilmir. «iPhone» istehsalçısı olan «Apple» şirkətinin ABŞ Milli Təhlükəsizlik Agentliyinə öz müştəri məlumatlarına çıxış imkanı verən şirkətlərdən biri olduğu iddia edilirdi. Agentliyin keçmiş əməkdaşı Edvard Snoudenin bu iddialarını «Apple» şirkəti təkzib edib. ABŞ prezidenti Barak Obama isə 2009-cu ildə Ağ Evə gələndən bəri «Blackberry» telefonu işlədir və onun şəxsi e-mail ünvanı da yalnız 10 nəfərə məlumdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM