Obama Rusiyanın ABŞ-dakı prezidentlik yarışına müdaxiləsindən danışdı

14:55 | 27.07.2016
Obama Rusiyanın ABŞ-dakı prezidentlik yarışına müdaxiləsindən danışdı

Obama Rusiyanın ABŞ-dakı prezidentlik yarışına müdaxiləsindən danışdı

ABŞ prezidenti Barak Obama noyabrda ölkədə keçiriləcək prezident seçkilərinə Rusiyanın müəyyən müdaxilələr edə biləcəyini istisna etməyib.
 
Modern.az xəbər verir ki, NBC telekanalına müsahibə verən zaman jurnalistin Rusiyanın Amerikadakı seçki prosesinə müdaxilə etmə ehtimalı barədə sualına president "hər şey mümkündür” – deyə cavab verib.
 
Bir neçə gün öncə, Demokratlar partiyasının ekektroin poçtu dağıdılmışdı. Bu zaman hakerlərin əldə etdiyi gizli partiya sənədləri internetə sızdırılmışdı.
 
Prezidentliyə namizdə Hillari Klintonun köməkçisi Robbi Muk hadisədə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan hakerlərdən istifadə olunduğunu və əsas məqsədin Donald Trampa yardım etmək olduğunu deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM