Obama "Taliban" hərəkatının rəhbərinın öldürüldüyünü təsdiqlədi

15:09 | 23.05.2016
Obama

Obama "Taliban" hərəkatının rəhbərinın öldürüldüyünü təsdiqlədi

ABŞ prezidenti Barak Obama "Taliban" hərəkatının rəhbəri Molla Axtar Məhəmməd Mansurun öldürüldüyünü təsdiqləyib.
 
Bu barədə Trend TASS-a istinadən xəbər verir.

"Taliban" hərəkatının rəhbəri mayın 21-də ABŞ hərbçiləri tərəfindən Pakistanın Əfqanıstanla sərhəddindəki ucqar bölgəsində hava zərbəsi zamanı ölüb.

B.Obamanın xüsusi açıqlamasında deyilir ki, ABŞ bundan sonra da ekstremist təşkilatlara qarşı yönəlmiş tədbirləri davam etdirəcək.

Molla Axtar Məhəmməd Mansur "Taliban"a 2015-ci ildən, keçmiş başçı Molla Ömər öldürüldükdən sonra rəhbərlik edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb