OBYEKTİVDƏ: Küçə və parklarda su tələbatımızı necə ödəyək? - ANN.TV

09:48 | 24.07.2015
OBYEKTİVDƏ: Küçə və parklarda su tələbatımızı necə ödəyək? - ANN.TV

OBYEKTİVDƏ: Küçə və parklarda su tələbatımızı necə ödəyək? - ANN.TV

Ta qədimdən bulaq tikdirmək, insanların suya olan tələbatını ödəmək üçün su çəkdirmək savab iş sayılıb və həmin şəxs həyatda olmasa belə hörmətlə anılıb. 

Su insanların yaşamı üçün havadan sonra vacib sayılan təlabatlardan biridir. Xüsusən də yay aylarında ona olan ehtiyac daha da çoxalır. Deyilənə görə, qədmi Bakıda bulaqlar, su kranlarının sayı daha çox olub və yay aylarında yoldan ötənlər, qonaqlar, kasıb-varlı, hər kəs ondan istifadə edə bilib. Bəs görəsən, indi vəziyyət necədir? 

Adi müşahidələr göstərir ki, belə bulaqların, su kranların sayı çox azalıb. Kimsə deyə bilər ki, indi cürbəcür su xüsusi qablarda və sterilizə olunmuş halda satılır, kim istəsə ala bilər. Əgər kiminsə pulu yoxdursa, bs onda? Bir də ki, bu şəhərin ənənəsi var idi axı...

ANN.TV-nin çəkiliş qrupu su kranlarının, bulaqların yoxa çıxması ilə bağlı əvvəl şəhər sakinlərinin, daha sonra isə ekspert qismində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Video-süjetə baxa bilərsiniz.

Müəlliflər: Zülfiyyə Səfxanova
Şahpəri Abbasova


 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM