OBYEKTİVDƏ : Meyvələrin devalvasiyası - ANN.TV

10:12 | 10.07.2015
OBYEKTİVDƏ : Meyvələrin devalvasiyası - ANN.TV

OBYEKTİVDƏ : Meyvələrin devalvasiyası - ANN.TV

Adi müşahidələr göstərir ki, bu gün ticarət sahəsində alıcılardan daha çox satıcılar narazıdır. Çünki baha qoyduqları mallar yaxşı satılmır. Sual oluna bilər ki, o zaman nə üçün ucuz satmırlar? Əlbəttə, bunun da öz səbəbləri var - icarə haqqı, bazarın yerləşmə ünvanı və s. Xüsusilə, yay ayının olmasına - meyvə-tərəvəzin bol mövsümünün olmasına baxmayaraq bahalıq baş alıb gedir. Alıcılar bir növ bu bahalığa öyrəşdiklərindən baha bazarları tanıyır, bir dəfə üz tutduqları ünvana daha getmirlər. 

Günü-gündən boşalan paytaxt bazarlarından biri də "Nəsimi" bazarıdır. ANN.TV-nin əməkdaşının bazarda apardığı çəkiliş zamanı da qiymətlərin "od-tutub yandığını", satıcıların daha qəzəbli, alıcıların isə daha ehtiyatlı olduğu müşahidə edib. 

Video-süjetə baxa bilərsiniz.

Müəllif: Aynur Məmmədova
Rusif Hüseynov

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM