OBYEKTİVDƏ:Qidalanarkən ehtiyatlı olun! - ANN.TV

09:24 | 01.07.2015
OBYEKTİVDƏ:Qidalanarkən ehtiyatlı olun! - ANN.TV

OBYEKTİVDƏ:Qidalanarkən ehtiyatlı olun! - ANN.TV

Müasir dövrdə insanların qida rasionunda "fast-food" üstünlük təşkil edir. İstər evdə, istər işdə, istər gəzinti zamanı daha çox bu növ yeməkləri sifariş verir, alır, gündəlik rasionumuza salırıq. "Fast-food" yeməkləri sırasında dönər doyumlu  və ucuz olduğu üçün ön sırada durur. Amma bəlkə də çoxları bilmir ki, onları hazırlayarkən keyfiyyətsiz ərzaqlardan istifadə olunur.  Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "fast-food" yeməklərindən toyuq dönərini daha təhlükəli hesab etdiyindən hələ 2007-ci ildən onların satışına qadağa qoyub. Amma buna baxmayaraq Bakı küçələrində toyuq dönəri hələ də satılır. Bəs bütün bu qidaları yeyərkən sağlamlığımıza təsirinin olub-olmaması haqda düşünürükmü?

ANN.TV-nin çəkiliş qrupu bu problemi araşdırmağa çalışıb, Bakı sakinləri arasında sorğu keçirib, ekspertlərin, eləcə də əlaqədar qurumun münasibətini öyrənib.

Hazırlanmış video-süjeti oxuculara təqdim edirik

Müəlliflər: Babək Mirzəzadə
Şahpəri Abbasova

 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM