OPEK-in Rusiyaya ehtiyacı var

13:17 | 27.01.2016
OPEK-in Rusiyaya ehtiyacı var

OPEK-in Rusiyaya ehtiyacı var

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) Rusiya və digər neft istehsalçı ölkələrlə ittifaq yaradılması barədə çağırış edib.

 İttifaqın yaradılmasında məqsəd neft hasilatını azaltmaq və qiymətlərdəki azalmanı dayandırmaqdır. 

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb. 

Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutunun (Chatham House) konfransında çıxış edən OPEK sədri Abdulla Əl-Bədri "Sərt zamanlar, sərt tədbirləri tələb edir. Bütün böyük neft istehsalçı ölkələrin danışıqlar masasına oturması və çıxış yolu tapması son dərəcə əhəmiyyətlidir”, - deyə o qeyd edib. 

"The Telegraph” nəşrinə görə, bu, OPEK-in 2014-cü ilin ortalarından bu yana neftin qiymətlərində baş verən 72-ci süqutundan sonra rəqibləri ilə müzakirə aparmağa hazır olduğunu göstərir. 

Əl-Bədri həmçinin neft sektoruna investisiyaların həcminin azaldığını və bunun gələcəkdə neft şirkətləri üçün ciddi maliyyə itkilərinə gətirib çıxaracağını qeyd edib. 

OPEK sədri bazarlardakı təklif çoxluğunun gələcəkdə təklif krizinə yol aça biləcəyini və bu gün neftin qiymətlərində baş verən ani dalğalanmanın isə sadəcə spekulyasiya xarakterli olduğunu və bunun bəzi işbazlar üçün sərfəli olduğunu bildirib. 

"The Telegraph” nəşrində mövcud neft bazarında həddən artıq təklif artıqlığının müşahidə olunduğunu və bu problemin ən yaxın zamanda həll edilməsi lazım olduğunu, bunun üçün də OPEK-in Rusiya və digər ölkələrlə razılığa gəlməsinin vacib olduğu vurğulanıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM