Orduda siqaretlə bağlı yeni təklif

11:45 | 07.09.2018
Orduda siqaretlə bağlı yeni təklif

Orduda siqaretlə bağlı yeni təklif

Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək. İclasda "Silahlı Qüvvələrin Daxili xidmət” və "Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq. 

Anews.az-ın "Report"a istinadla verdiyi məlumata görə, "Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində "Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində "papiros” sözü "tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir. 

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb