Ordumuzun zərbəsi Ermənistanı çalxaladı - VİDEO

13:41 | 16.05.2017
Ordumuzun zərbəsi Ermənistanı çalxaladı - VİDEO

Ordumuzun zərbəsi Ermənistanı çalxaladı - VİDEO

Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir.

Anew.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.

"Mayın 13-də hərbi qulluqçunun həlak olması haqda danışan müdafiə naziri Viqen Sarkisyan günahkarların cəzalandırılacağını açıqladı. Lakin problem bir hərbçinin həlak olması ilə bitmir. Son günlər orduda tez-tez itkilər verilir, postlarda müdafiə nizamnaməyə uyğun qurulmu, həmçinin, qeyri-döyüş şəraitində ölüm hallarının sayı artıb. Azərbaycanın Ermənistan ordusuna məxsus "OSA” zenit-raket kompleksini vurması isə "son damla” olub. Gözləniləndir ki, bir sıra hərbi hissələrin komandirləri istefaya göndəriləcək, hətta vəzifəsindən çıxarılan hərbiçilər arasında generalların olacağı da deyilir”, - deyə qəzet yazır.

Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus "OSA” zenit-raket kompleksini məhv edib.
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb