Oskarlı sənətkar Çanaqqala haqqında filmini təqdim etdi - VİDEO

21:36 | 24.11.2014
Oskarlı sənətkar Çanaqqala haqqında filmini təqdim etdi - VİDEO

Oskarlı sənətkar Çanaqqala haqqında filmini təqdim etdi - VİDEO

Rassel Krou: "Aramızda heç bir problem olmayan müstəqil bir ölkəni işğal etmişik"Məşhur Hollivud aktyoru və rejissoru Rassel Krou (Russell Crowe) Türkiyədə çəkilən yeni filminin təqdimetmə mərasimini keçirib. ANN.Az xəbər verir ki, mərasim zamanı o, maraqlı açıqlamalar verib. R.Krounun yeni quruluş verdiyi və özünün də rol aldığı film "The Water Diviner" adlanır və Çanaqqala döyüşündən 4 il sonra vəfat edən 3 oğlunun məzarını axtarmaq üçün Türkiyəyə gələn avstraliyalı bir atanın yaşantılarından bəhs edir. Təqdimetmə mərasimində rejissor R.Krou bildirib ki, qəhrəmanlar haqqında çox danışmaq olar və bu çox asandır: "Amma mənim üçün əsas gözdən qaçmayan məsələ müharibələrin, yaxud həyatın hədər yerə aldığı ömürlər, talelərdir. Məncə, 100 il sonra bu mifə aydınlıq gətirilməlidir və millət olaraq dürüst davranıb qarşı tərəfin anlatdığı hekayəni diqqətə almalıyıq. Çünki, aramızda heç bir anlaşmazlıq olmayan müstəqil bir ölkəni həqiqətən də işğal etmişik".Dekabrın 2-də Sidneydə, 3 -də isə Melbournda filmin qalasının keçirilməsi planlaşdırılır.Filmdə türk aktyorları Cem Yılmaz və Yılmaz Ərdoğan da rol alıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb