Osmanlı imperiyasının sonuncu vəliəhdinin ailəsi küçəyə atılır - FOTOLAR

10:07 | 06.08.2014
Osmanlı imperiyasının sonuncu vəliəhdinin ailəsi küçəyə atılır - FOTOLAR

Osmanlı imperiyasının sonuncu vəliəhdinin ailəsi küçəyə atılır - FOTOLAR

Osmanlı xanədanının sonuncu nümayəndəsi şahzadə Ərtoğrul Osmanın ailəsi küçəyə atılmaq təhlükəsi ilə üzləşib. 1945-ci ildən Nyu Yorkun Manhetten bölgəsində yerləşən 2 otaqlı mənzildə məskunlaşan Ərtoğrul Osman və 1985-ci ildə vəfat edən birinci həyat yoldaşı Gulda Osman adına evin boşaldılmasına dair xəbərdarlıq məktubu gəlib. BBC xəbər verir ki, bu barədə nüfuzlu "New York Times" qəzeti məqalə hazırlayıb. Qəzetə Ərtoğrul Osmanın ikinci həyat yoldaşı, şahzadə Zeynəb Osman açıqlama verib.O, yaşadığı ikiotaqlı mənzilin kirayə haqqını tamamilə ödədiyini, cüzi - 390 dollar borcunun qaldığını bildirib. Amma iki otaqlı mənzilin yerləşdiyi 3 mərtəbəli binanı 10.1 milyon dollara alan Avi Dişi adlı yeni ev sahibi Osman ailəsinin tezliklə mənzili tərk etməsini tələb edir. Zeynəb Osman haqqını qorumaq üçün vəkil tutub və məhkəməyə müraciət edib. Vəkil Maddy Tarnofsky mənzilin boşaldılması əmrinin E.Osman (Ərtoğrul Osman) və G.Osman (Ərtoğrul Osmanın 1985-ci ildə ölən ilk həyat yoldaşı) adına göndərilməsinə etiraz edib, "ölü adam evakuasiya edilə bilməz" deyərək məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə Zeynep Osmanın vəkilinin etirazını qəbul etməyib. Hazırda məhkəmə ev sahibinin vəkillərinin qaldırdığı vəsatət əsasında Zeynəb Osmandan həyat yoldaşının ölüm, evlilik şəhadətnamələrini, 1991-ci ildən indiyə kimi bu mənzildə yaşadığını sübut edən kommunal sənədləri (işıq, qaz, telefon pulunun ödənilməsi sənədlərini) tələb edir.  2010-cu ildə Osman ailəsinin yaşadığı mənzilə bitişik binanı da satın alan Avi Dişi Zeynəb Osmanın "ciddi miqdarda pul qarşılığında evi boşaldıb öz vətəninə - Ukraynaya (ev sahibi onun yanlış olaraq Ukraynadan gəldiyini fərz edir -red.) dönəcəyinə" inandığını deyib, bu barədə "New York Times" yazır. Zeynep Osman isə "New York Times"a açıqlamasında "Getmək mənə ağır gəlir, amma haqq yerini tutmalıdır. Burada müəyyən bir həyat tərzinə alışmışam, bu qədər haqsızlıq olmaz" - deyib. Məqalənin sonunda "New York Times" Osman ailəsinin yaşadığı və damının belə köhnə olduğu, yağış yağanda daman 10 metrlik mənzili 125 hektarlıq Ulduz Sarayı ilə müqayisə edərək onu "daxma"ya bənzədib. Ərtoğrul Osman kimdir?O, Osmanlı sultanı II Ədbülhəmidin nəvəsi, şahzadə Mehmed Burhaneddinin oğludur. O, 1912-ci il avqustun 18-də İstanbulda - sultanlığa məxsus Ulduz Sarayda anadan olub. Ərtoğrul Əfəndi Həzrətləri - ona ölənə qədər belə müraciət ediblər - xanədanın yıxılmasından əvvəl dünyaya gələn sonuncu oğlan nümayəndəsidir. 1924-cü ildə Vyanada təhsil alan zaman ailəsi Türkiyədən sürgün edilməsi səbəbilə Ərtoğrul ölkəsinə dönə bilmir.1933-cü ildə atası ilə birlikdə ABŞ-a köçür, atasının ölümündən (1949-cu il) sonra 1952-ci ildə şirkət quran Ərtoğrul Osman 1991-ci ildə eyni tale yaşayan, Əfqan kral ailəsindən olan şahzadə Əbdülfəttah Tərzi və doktor Pakizə Tərzinin qızı Zeynəb Tərzi ilə ailə qurub. Axıcı şəkildə türkcə, ingiliscə, almanca, fransızca səlist danışan, italyanca, ispanca başa düşən Ərtoğrul Osman uzun mübarizədən sonra 1992-ci ildə Türkiyəyə dönə bilib və 2004-cü ildə Türkiyə vətəndaşlığı alıb.Osmanlı İmperiyasının sonuncu vəliəhdi olan Ərtoğrul Osman 2009-cu il sentyabrın 24-də İstanbulda, 97 yaşında vəfat edib. O, babası II Əbdülhəmidin dəfn olduğu II Mahmud məqbərəsində toprağa tapşırılıb.ABŞ-da yaşadığı və hazırda boşaldılması tələb olunan mənzillə bağlı Ərtoğrul Osman vaxtilə mətbuata da maraqlı açıqlama verib. O, bildirib ki, binada lift olmadığına görə hər gün dəfələrlə ikinci mırtəbədəki mənzilinə pilləkənlərlə çıxıb-düşməsinə çox minnətdardır: "Mənim uzun ömür sürməyimə görə o mənzilə, o pilləkənlərə minnətdaram".NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb