Pakistanın Azərbaycandakı səfiri ADU-da oldu - FOTO

18:32 | 16.05.2016
Pakistanın  Azərbaycandakı səfiri ADU-da oldu - FOTO

Pakistanın Azərbaycandakı səfiri ADU-da oldu - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT)  nəzdində fəaliyyət göstərən Diplomatlar klubunun "Səfirdən gələcək səfirə” layihəsi çərçivəsində görüşlər davam edir. Mayın 16-da növbəti qonaq Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser oldu.
 
 
Tələbələrlə görüşdən öncə səfiri Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov   qəbul etdi, onu  universitetdə görməkdən məmnunluğunu bildirdi. Professor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və tələbə təşkilatları haqqında səfirə dolğun məlumat verdi. O, ADU tələbələrinin nəinki tədris, eyni zamanda universitetin sosial–ictimai həyatında da fəal olduqlarını bildirdi və bunun rəhbərlik tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin fəaliyyətindən danışan D.Yunusov fakültənin beynəlxalq əlaqələr üzrə mütəxəssislər hazırladığını söylədi, bu istiqamətdə adıçəkilən fakültənin tələbələrinin, eləcə də Tələbə Gənclər Təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O, ADU-da belə görüşlərin Diplomatlar klubu tərəfindən tez-tez təşkil olunduğunu qeyd etdi. Rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini  qeyd etdi və bu ölkənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu  bildirdi. O, Pakistanla təhsil sahəsində də əməkdaşlığı inkişaf etdirməyin vacibliyini vurğuladı.
 
 
Səmimi qəbula görə təşəkkür edən səfir Xalid Usman Qaiser  ADU-da olmaqdan şad olduğunu söylədi. Azərbaycan və Pakistan arasında olan dostluq əlaqələrin tarixi köklərə söykəndiyini bildirdi,  Səfir  siyasi, iqtisadi, humanitar, ticarət sahələri ilə yanaşı,  təhsil sahəsində də  Azərbaycan-Pakistan arasında mövcud olan əlaqələrin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
 
 
Daha sonra Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qaiser ADU-nun tələbələri ilə görüşdü. Qonağı tələbələrə təqdim edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev  Azərbaycanla Pakistan arasında dostluq münasibətlərinin olduğunu bildirdi. O, səfir Xalid Usman Qaiserə tələbələrlə görüşü qəbul edib gəldiyi üçün təşəkkür etdi.
 
 
İlk dəfə Azərbaycan Dillər Universitetində olduğunu bildirən səfir Pakistanın xarici siyasəti və Pakistan-Azərbaycan arasında ikitərəfli əlaqələr mövzusunda təqdimatla çıxış etdi. O, çıxışında  Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana səfərlərini xatırlatdı. Səfir  İslam Respublikası olan Pakistanın beynəlxalq və regional əlaqələrdə rolu, Pakistan diplomatiyasının tarixi inkişafı, uğurlu diplomat olmağın sirləri  haqqında da tələbələrə məlumat verdi. Çıxışının sonunda səfir bu görüşün təşkil olunmasında göstərdiyi köməyə görə universitet rəhbərliyinə və Diplomatlar klubuna təşəkkürünü bildirdi.
 
 
Daha sonra  səfir tələbələri maraqlandıran sualları cavablandırdı.
 
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı.
 

 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb