Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

14:52 | 03.08.2016
Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

Pan Gi Mun Olimpiya məşəli estafetində iştirak edəcək

 BMT baş katibi Pan Gi Mun daha bir turneyə çıxıb. 

O, Braziliya, Argentina, Kanadaya, ABŞ-ın qərb sahilinə səfər edəcək.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pan Gi Mun Olimpiya məşəli estafetində və XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.
"O, əvvəlcə Rio de Janeyroya gedəcək və XXXI Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. Avqustun 5-də baş katib Olimpiya məşəli estafetinə qatılacaq", - deyə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Pan Gi Mun Olimpiya kəndini ziyarət etməyi planlaşdırır. Onun proqramına qaçqınlardan ibarət komanda ilə görüş daxildir.
Baş katib Braziliyadan Argentinaya gedəcək və avqustun 8-də Buenos Ayresdə bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşəcək.
BMT baş katibinin turnesinin proqramına Los-Anceles və San Fransiskoya səfərlər də daxildir. Avqustun 12-də Pan Gi Mun Kaliforniyadan Kanadaya yollanacaq. Bu ölkədə o, Kalqari Universitetində çıxış edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM