Papa: Müharibə istəmək dəlilərə xas arzudur

16:34 | 15.09.2014
Papa: Müharibə istəmək dəlilərə xas arzudur

Papa: Müharibə istəmək dəlilərə xas arzudur

Papa Fransisk dünyanın bir çox bölgələrində insanlığa qarşı yönəlmiş qətliamların, terror hadisələrinin, döyüşlərin "III Dünya Müharibəsinin ilk mərhələsi" ola biləcəyi xəbərdarlığını edib: "İnsan olan hər kəs bunlardan qorxmalıdır".

ANN.Az BBC-yə istinadən xəbər verir ki, İtaliyanın ən böyük hərbi məzarlığını ziyarət edən Papa "Müharibə istəmək dəlilərə xas bir arzudur. Din adından istifadə edərək savaşmaq, müharibə etmək isə lənətlənməyə məhkumdur" - deyib.I Dünya Müharibəsi zamanı həlak olanların məzarını ziyarət edən Papa Fransisk bildirib ki, bugün ətrafımızda baş verənlərə laqeyd qalmamalıyıq: "İndi ağlamaq zamanıdır".BBC qeyd edir ki, bu məzarlığın ziyarəti Papa üçün xüsusi önəm daşıyır. Çünki Papa Fransiskin babası 1917-1918-ci illərdə I Dünya Müharibəsində savaşmış, eyni zamanda döyüşdən sağ çıxmağı bacaraq əsgərlərdən bir olub.Çıxışının sonunda Papa Fransisk Suriyada, Qəzzada, Ukraynada, Afrikada davam edən qanlı atışmaların, döyüşlərin tez bir zamanda dayandırılmasını istəyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM