Parisdə vacib Bakı müzakirəsi

12:08 | 17.03.2015
Parisdə vacib Bakı müzakirəsi

Parisdə vacib Bakı müzakirəsi

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Paris şəhərinə gedib.

ANS PRESS xəbər verir ki, AŞPA komitəsinin yaz sessiyası ərəfəsindəki son yığıncağında "İnsan haqlarına hörmət və terrorizm təhlükəsi”, "Məhkəmə sistemində korrupsiya: Assambleyanın irəli sürdüyü təkliflərin təcili olaraq yerinə yetirilməsizəruriyyəti”, "İnterpol sistemindən qeyri-qanuni istifadələr: daha ciddi hüquqi təminatlara olan ehtiyac” və başqa mühüm məsələlər ətrafında fikir mübadilələri aparılacaq.

Komitə iclasında müzakirə ediləcək məruzələrin bir qismi yaz sessiyasının gündəliyinə daxil ediləcək. Komitə iclası çərçivəsində terrorizmlə mübarizə məsələləri ilə əlaqədar dəvətli qonaqlar və ekspertlərin iştirakı ilə dinləmələr də təşkil olunacaq. Deputat Rafael Hüseynov komitə iclasının gündəliyindəki mövzularla bağlı diskussiyalara qatılacaq, məsələlərə Azərbaycan tərəfinin mövqeyini ifadə edəcək.

Səfər martın 20-də başa çatacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb