Parisin mərkəzini miqrantlardan təmizlədilər

18:50 | 04.06.2018
Parisin mərkəzini miqrantlardan təmizlədilər

Parisin mərkəzini miqrantlardan təmizlədilər

Paris polisi şəhərin mərkəzində yerləşən iki miqrant sığınacağını dağıdıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "The Local” nəşri məlumat yayıb. 

800 miqrantı San-Marten kanalı sahilindəki, 400 miqrantı isə Port-de-lya-Şapel rayonundakı sığınacaqdan evakuasiya ediblər. 

Polisdən verilən məlumata görə, miqrantlar başqa sığınacaqlara göndərilib.

Bir həftə əvvəl polis Sudan, Somalı və Eritreyadan olan 1700 miqrantı Port-de-lya-Şapel rayonundan köçürüb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb