Parklama qaydalarını pozanlar CƏRİMƏLƏNƏCƏK - VİDEO

10:23 | 07.12.2016
Parklama qaydalarını pozanlar CƏRİMƏLƏNƏCƏK - VİDEO

Parklama qaydalarını pozanlar CƏRİMƏLƏNƏCƏK - VİDEO

Parkomat olan ərazilərin çoxunda ən çox rast gəlinən problem ya avtomobili qoyub düzgün ödəniş etməmək, ya da ümumiyyətlə ödəniş etmədən sutkalarla maşını orda saxlayıb getməklə bağlı olur. Artıq bu kimi halların yaranmasına zəmin yaradanlar cəzalandırılacaqlar. Bununla bağlı millət vəkilləri yeni layihə hazırlayıblar.

Belə problemlərin qarşısını almaq üçün yeni bir mexanizim hazırlanır. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.

Belə halların baş verməsində iştirak edən hər kəs cəzalandırılacaq. Bunun üçün cərimə məbləğləri də müəyyən edilib. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə 20 manat məbləğində cərimə tətbiq ediləcək.

Bundan başqa, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin parklanma üsulunu pozana 10 manat cərimə tətbiq olunacaq.

Amma 24 saat ərzində park edilən ərazilər siyahısında bəzi istisnalar var.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az Xəzər Xəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb