Paşinyan ABŞ-a səfərə hazırlaşır

17:00 | 04.06.2018
Paşinyan ABŞ-a səfərə hazırlaşır

Paşinyan ABŞ-a səfərə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər etməyə hazırlaşır.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin XİN rəhbəri Zoqrab Mnaçakanyan Ermənistanın Azadlıq radiostansiyasının efirində deyib.

"Ermənistan baş naziri artıq ilk səfərlərinə başlayıb. Bu həftə o Gürcüstana baş çəkib, və bu baş nazirin xarici əlaqələr üzrə gündəmində vacib rol oynayır. Əlbəttə ki, istiqamətlərdən biri də ABŞ-dır”, - Mnaçakanyan bildirib.

"Biz həmçinin ABŞ və digər ölkələrdən tərəfdaşları öz ölkəmizdə görməyə məmnun olacağıq”, - nazir qeyd edib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb