Paşinyan bu şərtlə Qarabağı qaytaracaq – Şahnazaryandan şok açıqlama

16:58 | 27.11.2018
Paşinyan bu şərtlə Qarabağı qaytaracaq – Şahnazaryandan şok açıqlama

Paşinyan bu şərtlə Qarabağı qaytaracaq – Şahnazaryandan şok açıqlama

"Ermənistanın bugünkü hakimiyyəti Qarabağ üçün Azərbaycandan daha böyük təhlükədir”.

Bu barədə Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan jurnalistlərə açıqlamasında bildirib.

D. Şahnazaryan Paşinyanın partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın Dağlıq Qarabağla bağlı bəyanatını da şərh edib.

"Sasun Mikaelyanın dedikləri əslində, Nikol Paşinyanın həyata keçirdiyi siyasi proqramdır. Yəni, Qarabağ əvəzinə hakimiyyət. İndiki hakimiyyət bu siyasəti aparır. Bu rejimdən mümkün qədər tez xilas olmaq lazımdır. Paşinyan xarici dəstək qarşılığında Qarabağda güzəştə gedəcək”, - deyə o bildirib.

Şahnazaryan Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi konfrans keçirəcəyini də qeyd edib.

publika.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb