Paşinyan: Erməni əsirlərin məsələsi sülh sazişi imzalanandan sonra həll edilməlidir

14:20 | 18.09.2024
Paşinyan: Erməni əsirlərin məsələsi sülh sazişi imzalanandan sonra həll edilməlidir

Paşinyan: Erməni əsirlərin məsələsi sülh sazişi imzalanandan sonra həll edilməlidir

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra erməni əsirlərinin problemi həll olunmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Azərbaycanda əsirlərin və girovların problemini həll edən sülh müqaviləsidir, orada sözün yazılıb-yazılmamasından asılı olmayaraq, sülh müqaviləsi başqa ab-havadır, fərqli münasibətlərdir”, - Paşinyan Ermənistanın II Qlobal Sammitində bildirib. 

Bundan əvvəl  Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib ki, Azərbaycanda saxlanılan erməni məhbusların qaytarılması məsələsi sülh sazişi sənədinə daxil edilməyib.
 
Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sənədi üzərində razılaşmalar davam edir. 
 
Azərbaycan Prezidenti bildirib ki, sülh müqaviləsi üzrə 80% razılaşma əldə olunub. Prezident vurğulayıb ki, hazırda 2 məsələ açıq qalıb. 
 
Ermənistanın baş naziri də dəfələrlə çıxışlarında Azərbaycanla sülh bağlamağa hazır olduğunu bəyan edir. 
 
İki ölkə arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatdan sonra dayandırılıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM