• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Paşinyan Qarabağ klanına müraciət etdi

 Paşinyan Qarabağ klanına müraciət etdi
06.06.2019 08:39
Ermənistan Baş Naziri Nikol Paşinyan bəyan edib ki, onun hakimiyyətə gəlişinə qədər Qarabağ "rəhbərliyi" (Dağlıq Qarabağdakı qondarma rejim -red.) danışıqlar masasında nəyin müzakirə olunduğundan xəbərsiz olub və münaqişənin nizamlanması üzrə sənədlə tanış olmayıb.

Buta.media-nın məlumatına görə, Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan parlamentin kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir bildirib ki, məhz o qondarma rejimin "rəhbərliyinə" danışıqlar paketini təqdim edib: "Mən onlardan beş dəfə soruşdum ki, onlar danışıqların nə ilə bağlı getdiyini bilirlərmi? Onlar cavab olaraq bilmədiklərini dedilər".

O,əlavə edib ki, qondarma rejimin"rəhbərliyinin" və Ermənistanın sabiq rəhnərliyinin dost olmasına və birlikdə rəqs etməsinə (mayın 13-də sosial şəbəkədə "DQR rəhbəri" Bako Saakyan və Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəqs etməsinə dair video nəzərdə tutulur) baxmayaraq Stepanakert ( Xankəndi - red) danışıqlar prosesindən xəbərsiz olub.

Paşinyan əlavə edib ki, bir neçə dəfə Ermənistanın və "DQR"in hərbi-siyasi elitası ilə Qarabağ münaqişəsinin nizamlanmasını necə gördüyünü müzakirə edib. Onların bu barədə fikirləri ilə maraqlanıb.

"Lakin mənimlə bir masada oturan, əslində nəyin baş verdiyini bilən insanlar öz köməkçilərini sosial şəbəkələrdə Ermənistan hökumətinin Qarabağ torpaqlarını verməsi ilə bağlı statuslar yazmağa vadar edəndə məndə belə bir ədalətli sual formalaşır: Bu nə üçün edilir?"

Qeyd edək ki, Ermənistan və "DQR" arasında gərginliyin artması haqqında məlumatlar "DQR"in sabiq və yeni liderləri Arkadi Qukasyan və Bako Saakyanın Ermənistanın ikinci prezidenti Robert Koçaryana zamin durması və onun azad olunması üçün lazım olan girovu ödəməsindən sonra yayılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol