Paşinyan sülh müqaviləsindən danışıb

13:59 | 12.03.2024
Paşinyan sülh müqaviləsindən danışıb

Paşinyan sülh müqaviləsindən danışıb

Ermənistan-Azərbaycan danışıqları zamanı hər iki tərəfin  beynəlxalq məhkəmələrə şikayətlərdən imtina etmək məsələsi müzakirə edilir və ediləcək. Bu barədə Armenpress Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan Hökumətinin iclasında etdiyi çıxışına istinadən bildirib.

”Danışıqlar zamanı belə bir məsələ müzakirə edilib və edilir. Bizim mövqeyimiz ondan ibarətfir ki, bu məsələ sonda sülh müqaviləsinin bütün bəndləri üzrə razılıq əldə ediləndən sonra müzakirə oluna bilər. Bu da məntiqlidir, çünki hər iki tərəf müqaviləni imzalayırsa niyə bir-birlərinə qarşı hüquq müstəvisində müharibəni davam etdirməlidilər?  Əgər tərəflər sülh müqaviləsi imzalamırlarsa, Ermənistan Respublikası üçün buəsas faktor olacaq. Buna əsasən bəyanat və  gündəliyimizi müəyyən etməliyik”, - baş nazir vurğulayıb.

Paşinyan Ermənistanın sülh müqaviləsinin imzalanması mərhələsində olduğunu və Azərbaycanın dövlətlərarası şikayətlərdən imtina edəcəyini istisna etmədiyini də deyib.

"Əgər sülh müqaviləsinin mətni ilə bağlı bir razılığa gəlsək və imzalanma mərhələsinə çatsaqhər iki tərəfin belə qərara gələcəyi məntiqli olacaq”, - Paşinyan deyib. 

N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb