Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

18:55 | 13.07.2020
Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan öz rəsmi İnstagram səhifəsində ingilis, rus və erməni dillərində Azərbaycan qadınları və analarına  müraciət edərək hərbi əməliyyatları dayandırmağa çağırıb.  

"Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşb. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. "Qadınlar sülh uğrunda" hərəkatının  müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi-siyasi hakimiyyətinə müraciət edərək hərbi  hərəkətləri dayandırmağa, Erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa  çağırmalarına çağırıram., - deyə Akopyan bildirib. 
 
O, qeyd edib ki, xüsusilə  bütün dünyanı diz üstünə qoymuş pandemiya  günlərində,  bütün dövlətlərin  rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir. 
 
"BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır",  -  deyə Ermənistanın birinci xanımı əlavə edib. 
 
Amma bu zaman xanım Akopyan təəssüf ki, atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən  pozulduğunu qeyd etməyi unudub.
 
BMT rəhbərinin çağırışlarına qulaq asmağa çağıran birinci ledi, BMT-nin Dağlıq Qarabağın Azərbaycanın  tərkib hissəsi olması və Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə qətnamələrini də xatırlatmağı məqsədəuyğun saymayıb. 


 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM