Paşinyanın Qarabağ siyasətini kimlər dəyişdi? - Plan

10:00 | 19.06.2018
Paşinyanın Qarabağ siyasətini kimlər dəyişdi? - Plan

Paşinyanın Qarabağ siyasətini kimlər dəyişdi? - Plan

Bu gün üçün Ermənistandakı "inqilab” görüntüsü ermənilərin ümumi maraqları üçün kifayət edir. Amma ola bilsin ki, müəyyən müddət sonra yenidən prosesdə imic üstünlüyü əldə etmək istəyəndə Xankəndidə hansısa "dəyişikliy”ə şahid olaq.

Bu sözləri Axar.az-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, 1988-90-cı illərdə də Ermənistanın qəbul etdiyi qərarlar Azərbaycan ərazisini özünə birləşdirməklə bağlı idi:

"Lakin bu qərarların beynəlxalq hüquq sisteminə uyğun olmadığını gördükdə onlar burada "ayrı bir qurum”un olduğunu bildirdilər. Ermənistan bu gün də bu əraziləri özünə birləşdirməklə bağlı siyasət aparır və onu mərhələ-mərhələ həyata keçirməyə çalışır”.

Ekspert vurğulayıb ki, Ermənistanda baş verənlər təkcə burada yaşayan əhalinin iradəsi ilə baş vermədiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində də vəziyyət belədir:

"Ermənistan tərəfindən Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın işğalçı rejiminin və kənar qüvvələrin iradəsi var. Paşinyan hakimiyyətə yeni gələndə onunla bağlı müxtəlif gözləntilər var idi. Onun Qarabağ probleminin həllinə fərqli yanaşacağı, problemin sülh yolu ilə həllində maraqlı olacağına ümid edilirdi. Amma bu gün üçün Paşinyanın atdığı addımlar təxribat xarakterlidir. Yəni onun başqa bir dövlətin ərazisinə dayanmadan səfərlər etməsi, provokasiya xarakterli açıqlamalar səsləndirməsi göstərir ki, Ermənistanda hakimiyyət dəyişikliyi əslində mahiyyət dəyişikliyi deyil. Erməni tərəfi bundan əvvəl Xankəndidə "demokratiya” görüntüsü yaratmağa cəhd etmişdi. Amma çox güman ki, qərarların qəbulunda əhəmiyyətli rol oynayan müxtəlif qüvvələr belə davam edilməsinin daha məsləhətli olmasına qərar verdi”.

Ekspertin sözlərinə görə, Saakyanı burada hakimiyyətdə saxlamaq Paşinyanın təkbaşına qəbul etdiyi qərar deyil:

" Cənubi Qafqazı nəzarət altında saxlamaq, Ermənistana ağalıq, Azərbaycana təzyiq etmək istəyən qüvvələr İrəvanın işğalçılıq siyasətinin davam etməsində maraqlıdırlar. Amma ola bilsin ki, çox uzaq olmayan bir mərhələdə fərqli bir siyasət görək. Şəxsən mənim elə bir gözləntim var”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb