Patrik Hikkiyə qarşı ittiham irəli sürüldü

15:16 | 07.09.2016
Patrik Hikkiyə qarşı ittiham irəli sürüldü

Patrik Hikkiyə qarşı ittiham irəli sürüldü

Braziliya prokurorluğu İrlandiya Milli Olimpiya və Avropa Olimpiya komitələrinin rəhbərləri vəzifəsini müvəqqəti tərk edən və BOK-un üzvü Patrik Hikkiyə qarşı Rioda keçirilən Olimpiya tədbirlərinə qanunsuz biletlərin satışı üzrə ititham irəli sürüb. 

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb. 

Ondan başqa, biletlərlə fırıldaqçılıqda şübhəli bilinən daha doqquz nəfərə qarşı ittiham irəli sürülüb. 

"Hikkinin qeydiyyatdan keçməyən şirkət tərəfindən biletlərin satılmasına aidiyyəti olmasına dair yetərincə dəlilimiz var. Bu biletlər 8 min dollara qədər qiymətlə satılıb”, - məlumatda deyilir. 

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin və İrlandiyanın Milli Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki Braziliyada Olimpiya Oyunlarına bilet satışı ilə bağlı fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.

Polisin məlumatına görə, o, yüksək qiymətlə satılması nəzərdə tutulan yüzlərlə qanunsuz bileti alverçilərə verib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb