Pərakəndə satıcının ƏDV problemi həll olundu, bəs, topdansatıcı?

19:28 | 08.08.2016
Pərakəndə satıcının ƏDV problemi həll olundu, bəs, topdansatıcı?

Pərakəndə satıcının ƏDV problemi həll olundu, bəs, topdansatıcı?

Yeni dəyişikliyi əsas götürən pərakəndə ticarətçilər topdansatıcıya ƏDV-ni ticarət əlavəsindən ödəyəcəksə, yerdə qalan fərq necə olacaq, ƏDV zənciri qırılmayacaqmı? 
 
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar qanunverciliyə edilən dəyişikliyi şərh edərkən deyib.
 
İqtisadçının sözlərinə görə, "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında nəzərdə tutulur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilsin: "Bu dəyişiklik supermarketlərin bir neçə ay qaldırdığı tələbi yada salır. O zaman supermarketlərin tələbi hökumət tərəfindən əsassız sayılmışdı. Görünən odur ki, supermarketlərin tələbi bu dəfə yerinə yetiriləcək. Kimsə irad tuta bilər ki, sərəncamda kiçik və orta sahibkarlıq subyekti olan pərakəndə ticarətçilərdən söhbət gedir. Düzdür, dəyişikliyin əsaslandırılması hissəsində məqsədin kiçik və orta sahibkarlığı stimullaşdırmaq və onların vergi yükünü optimallaşdırmaq olduğu yazılır". 

Ekspertin fikrincə, kiçik sahibkarlar dövriyyələrinin kiçik olması səbəbindən onlar vergi orqanlarında ƏDV ödəyicisi kimi yox, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçirlər və onları dövriyyəsi adətən rübdə 200 min manatdan çox olmur: "Konkret dəyişikliyə gəlincə, hər şeydən əvvəl, bu dəyişiklik pərakəndə ticarət sektorunda çalışanların xərclərinin və vergi yükünün azalmasına səbəb olacaq, çünki artıq pərakəndə ticarətlə məşğul olanlar ƏDV-ni malgöndərənə ödədiyi məbləğdən yox, satış qiyməti ilə adıçəkilən məbləğ arasındakı fərqdən (ticarət əlavəsindən) ödəyəcək. Tutaq ki, pərakəndə ticarətçi topdan ticarətçiyə əvvəllər 10 kq una görə malgöndərənə kq-ı 2 manatdan olmaqla, cəmi 20 manat ödəyirdisə, buna uyğun olaraq büdcəyə 20 manat X 18% = 3 manat 60 qəpik ƏDV ödənilirdi. İndi isə satıcı hər kq unun üzərinə tutaq ki, 50 qəpik qoyub 2.50 manata satışa çıxaracaq. Bu zaman artıq 50 qəpik X 10 kq = 5 manat X 18% = 90 qəpik ödəyəcək. Və beləliklə, ümumilikdə pərakəndə ticarət sisteminin çox köklü problem həll olunacaq. Bu sistemdə gəlir çox olmadığından, ödənilən yüksək ƏDV son nəticədə istehlakçının cibindəın çıxdığından məhsulun qiymətlərinin yüksəlməsinə səbəb olurdu".
 
 
"Fərz edək ki, topdansatıcı məhsulu idxal edib və qanunvericiliyimizə müvafiq olaraq gömrükdə malın gömrük dəyərinin və və gömrük rüsumunun cəminin 18%-i həcmində ƏDV ödəyib. Sonra da xaricdən idxal etdiyi malı hissə-hissə pərakəndə ticarət müəssisələrinə satıb. Bu zaman yeni dəyişikliyi əsas götürən pərakəndə ticarətçilər topdansatıcıya ƏDV-ni ticarət əlavəsindən ödəyəcəksə, yerdə qalan fərq necə olacaq, ƏDV zənciri qırılmayacaqmı? Məntiqlə bu halda topdansatıcı ƏDV-nin tam məbləğini əvəzləşdirə bilməyəcək. Yəqin ki, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanan zaman bu kimi nüanslar nəzərə alınacaq"  - deyə Q.Toğrul əlavə edib.


 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb