Peskov: "Qarabağla bağlı danışıqlar mürəkkəb olacaq"

15:23 | 20.06.2016
Peskov:

Peskov: "Qarabağla bağlı danışıqlar mürəkkəb olacaq"

Qarşıdakı danışıqların əsas məsələsi - Qarabağda hərbi əməliyyatların yenidən başlamasından sığortalanmaqdır

"Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı danışıqlarının əsas məsələsi Qarabağda hərbi əməliyyatların yenidən başlamasından sığortalanmaqdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 
"Burada əsas məsələ - hərbi əməliyyatların yenidən başlamasından sığortalanmaq, Qarabağ ətrafında gərginliyin başlaması anına qədər əldə olunan nailiyyətlərin puç olmasına yol verməməkdir", - Peskov qeyd edib. 

Onun sözlərinə görə, qarşıdakı danışıqlar mürəkkəb olacaq. 

"Prezident ayrı-ayrı görüşlər keçirəcək - əvvəlcə Ermənistan prezidenti Serj Sarqsyan, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bundan sonra üç prezidentin, yəni V.Putin, İ.Əliyev və S.Sarqsyanın danışıqları və iş yeməyi baş tutacaq", - D.Peskov deyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM