Pezeşkian kürəkəninə vəzifə verib

16:41 | 18.09.2024
Pezeşkian kürəkəninə vəzifə verib

Pezeşkian kürəkəninə vəzifə verib

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin edib. Bu barədə  "Azad İran” yazıb.

Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın əridir. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə Məcidi özəl şirkətlərdən birində işləyib.

İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid olunub.
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM