Polislərin işə götürülmə qaydaları dəyişdi

09:00 | 27.02.2015
Polislərin işə götürülmə qaydaları dəyişdi

Polislərin işə götürülmə qaydaları dəyişdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 1-də Daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) təşkil olunacaq və 3 saat ərzində aparılacaq. Sənədlərin qəbulu noyabrın 24-dən dekabrın 24-dək Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.

Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124 nəfəri pedaqoji, 83 nəfəri isə hüquq istiqaməti üzrə sənəd verib. Namizədlərə test imtahanında iştirak etmək üçün "İmtahana buraxılış vəsiqəsi” və "Yaddaş kitabçası” fevralın 24-dən təqdim olunur. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunur.

Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır. Pedaqoji istiqamət üzrə imtahan verən namizədlərə isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.//Avtosfer.az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM