• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: "Washington Post"un Azərbaycana birtərəfli yanaşması təəssüf doğurur

Səfirlik: "Washington Post"un Azərbaycana birtərəfli yanaşması təəssüf doğurur
12.09.2015 16:21
"The Washington Post” qəzeti həmin qəzetdə dərc olunmuş "Azərbaycanın ədalətsizliyi” sərlövhəli məqaləyə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin siyasət şöbəsinin əməkdaşı Samirə Səfərovanın şərhini dərc edib.

Trend-in məlumatına görə, şərhdə qeyd olunur ki, "The Washington Post" qəzetinin hər hansı kiçik ölkəyə, o cümlədən Azərbaycana ciddi diqqət yetirməsi və onun barəsində tez-tez reportajlar dərc etməsi həmin ölkə üçün xoşagələn hesab edilə bilər, lakin belə materialların birtərəfli xarakteri, o cümlədən qəzetin 17 avqust tarixli nömrəsində dərc edilmiş "Azərbaycanın ədalətsizliyi"” sərlövhəli redaksiya məqaləsi oxucuda təəssüf doğurur.

S.Səfərova daha sonra yazır ki, qanunvericiliyə riayət edilməsi hər bir cəmiyyətdə mühüm rol oynayır: "Ona görə də hətta kimsə məhkəmənin ilkin qərarı ilə razı olmadıqda belə, işin bütün məhkəmə sistemindən, o cümlədən apelyasiya məhkəmələrindən keçməsinə imkan vermək lazımdır. Bu prosedur Birləşmiş Ştatlarda çoxlarına yaxşı məlumdur".

Səfirliyin əməkdaşı vurğulayır ki, yalnız ideoloji səbəbləri əsas götürərək prokurorluğun arqumentlərinin etinasızcasına qəbul edilməməsi cəmiyyətin inkişafına heç də əlverişli şərait yaratmır: "İnsanlar arasında əlaqələr məsələsinə gəldikdə, Azərbaycan tərəfi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının nümayəndələri arasında görüşlərin tərəfdarıdır. Ermənistanın bu cür dialoqdan imtina etməsinin səbəbləri və bizim strateji əhəmiyyətli regionumuzda baş verən digər hadisələr qəzetdə daha geniş və kompleks şəkildə işıqlandırılmağa layiqdir, lakin biz hələlik bunu müşahidə etməmişik".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol