• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovdan diplomatlara tənqid: “Səfirlərimiz nə işlə məşğuldurlar?”

Əli Həsənovdan diplomatlara tənqid: “Səfirlərimiz nə işlə məşğuldurlar?”
14.09.2015 11:33
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının xaricdəki diplomatlarını tənqid edib.

Modern.az saytı nınTrend-ə istinadən verdiyi xəbərə görə, Ə.Həsənov bildirib ki, Azərbaycan Avropanı enerji resursları ilə təmin etdiyi məqamda belə bir qətnamənin qəbulu qeyri-insani münasibətdir. Ona görə də Avropa Parlamenti öz qətnaməsini ləğv etməlidir.

Baş nazirin müavini bəyan edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı təcili tədbirlər görməli, Avropa Birliyi ölkələrindəki səfirlərindən hesab sormalı, diplomatik korpus barəsində ciddi tədbir görülməlidir: "Avropa Parlamentində Almaniyanın 86 deputatından 46 deputatı, Avstriyanın 17 deputatından 12-i, Danimarkanın 13 deputatından 8-i, Estoniyanın 5 deputatından 4-ü, Finlandiyanın 10 deputatından 8-i, İspaniyanın 47 deputatından 34-ü, İsveçin 17 deputatından 14-ü, Portuqaliyanın 19 deputatından 15-i, İrlandiya, İspaniya, İtaliya deputatlarının əksəriyyəti əleyhimizə səs verib. Bü ölkələrdəki səfirlərimiz nə edir, nə işlə məşğuldurlar?”.

Baş nazirin müavini deyib ki, hansı ölkələrdə ki, iş görülüb, o ölkələrin Avropa Parlamentindəki deputatları ölkəmizi daha çox dəstəkləyiblər: "Məsələn, biz Fransanı ermənipərəst dövlət kimi tanıyırıq. Ancaq Fransanın Avropa Parlamentindəki 62 deputatından cəmi 24-ü əlyehimizə səs verib. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransada gördüyü işlərin nəticəsir. Çexiyanın 18 deputatından 4-ü, Macarıstanın 19 deputatından 6-sı, Polşanın 42 deputatından 7-si qətnamənin lehinə, qalanları qətnamənin əleyhinə səs verib. Bu ölkələrdəki səfirlərin fəaliyyəti də qeyd edilməlidir. Ancaq digərlərinə gəlincə, səfirlərimiz illərlə orada oturub, nə iş görürlər? Bəzisi biznes qurur, bəzisi xəyanət edir! Meksikada 200-300 erməni yoxdur, o ermənilərdən biri Meksikanın ABŞ-dakı səfiridir. Amma düşmən də olsalar, iş görürlər. Bəs biz nə edirik? Biz isə yatırıq, şəxsi işlərlə, xəyanətlə məşğuluq. Diplomatik korpuslarla bağlı ciddi iş görülməlidir. Bu, bir vətəndaş, hakim partiyanın sədr müavini, baş nazirin müavini kimi mənim də səlahiyyətimə aiddir”.

Qeyd edək ki, tədbirdə Ermənistanın işğalı altında olan rayonların icra hakimiyyəti başçıları və həmin bölgələrdən seçilmiş millət vəkilləri iştirak edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol