• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada miqrantların dramı davam edəcək

Avropada miqrantların dramı davam edəcək
15.09.2015 11:19
Avropa İttifaqı (Aİ) ölkələri miqrant qəbulu barədə razılığa gələ bilməyiblər.

ANS PRESS-in məlumatına görə, 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi barədə qərarın qəbulunu oktyabradək təxirə salıb.

Bu, Avropa İttifaqının daxili işlər nazirlərinin ötən gün miqrasiya problemlərinə həsr olunmuş görüşündən sonra məlum olub. "Aİ Şurası Avropa Parlamentini Şuranın 8-9 oktyabr tarixlərində ədliyyə və daxili işlər nazirləri üzrə növbəti iclaslarında bu qərarın qəbul edilməsi məqsədi ilə təcili qaydada problem üzrə öz mövqeyini formalaşdırmağa dəvət edib", - deyə Aİ-yə sədrlik edən Lüksemburqun rəsmi məlumatında bildirilir.

İlin əvvəlindən Avropa İttifaqı ölkələrinə təqribən yarım milyon qaçqın üz tutub.

Yaxın Şərqdə baş verən silahlı münaqişələrdən canlarını qurtarmaq üçün Avropa ölkələrinə üz tutan insanlar Aralıq dənizində təhlükəli səfərə çıxırlar. Rəsmi məluatlara görə bu ilin altı ayı ərzində 2 mindən çox miqrant dənizin sularında canını qurban verib.

Son qəzada Egey dənizində içərisində miqrantlar olan qayıqın batması nəticəsində 34 nəfər ölüb. Farmakonisi adası yaxınlığında baş verən hadisə zamanı ölənlərin 15-i uşaq olub. Xilasedicilər sudan 4 körpə, 6 oğlan və 5 qız uşağı, həmçinin 10 qadın və 9 kişi cəsədi çıxarıblar.

Belə bir gərgin vəziyyətdə isə Macarıstan Serbiya ilə sərhədlərin hasarlanması işlərini tamamlayıb. Sərhədə çəkilən tikanlı məftillə əhatə olunmuş hasarın uzunluğu 175 kilometr təşkil edir.

Bu gündən isə Macarıstan polisinə ölkəyə qeyri-leqal yollarla daxil olan miqrantları həbs etməyə icazə verən qanun qüvvəyə minir.

Yeni qanuna görə, Serbiya ilə sərhəddə çəkilən maniələri zədələyən hər bir miqranta üç il həbs cəzası veriləcək. Macarıstan höküməti həmçinin Reske şəhəri ərazidə miqrantların Avropaya keçmək üçün istifadə etdiyi dəmiryol xəttinini bağlayıb.

Daha əvvəl Avstriya sərhəddə yoxlamaları sərtəşdirmişdi.

Avstriya ərazisindən Almaniyaya gedən dəmir yolunu bağlayıb. Qaçqınların arasıkəsilməyən axının qarşısını almaq üçün Çexiya, Niderlandlar, Slovakiya və Polşa öz sərhədlərində nəzarəti gücləndiririb.

Dünya güclərinin Yaxın Şərqdə və Şimali Afrikada üz-üzə gələn maraqları Avropanın hələ üzün müddət miqrant axınına məruz qalacağından xəbər verir. Miqrantların əksəriyyətinin üz tutduğu Avropa ölkələrinin çoxunda isə onlar arzuolunmazdırlar. Yerli sakinlər miqrantların gəlişi ilə ölkələrində cinayətkarlığın, işsizliyin artacağını düşünürlər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol