• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Koreya səfiri ilə görüşdü

İlham Əliyev Koreya səfiri ilə görüşdü
29.09.2015 14:38
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

ANN.Az AZƏRTAC-a istinadla xəbər verir ki, prezident İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun ölkəmizə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırladı. 

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlət başçısı səfir Çoi Suk İnin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı. 

Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirdi ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması Baş nazir Çanq Honqvonda böyük təəssürat yaratmışdır. 

Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol