• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Prezidentinə Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı təqdim olundu

Azərbaycan Prezidentinə Beynəlxalq “Fair Play” Hərəkatının xüsusi medalı təqdim olundu
08.10.2015 16:01
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Avropa "Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqeri, Beynəlxalq "Fair Play” Komitəsinin prezidenti Jeno Kamyutini və Avropa "Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınarı qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa "Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirib. Erdoğan Arıpınar Beynəlxalq "Fair Play” Komitəsinin və Avropa "Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa "Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Beynəlxalq "Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. O, insanların yarışlarda böyük ruh yüksəkliyi ilə iştirakının və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Avropa "Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Azərbaycanda idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Kristian Hinterberqer Beynəlxalq "Fair Play” Komitəsinin və Avropa "Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirib. Avropa "Fair Play” Hərəkatının prezidenti, təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını deyib. 

Bakıda Beynəlxalq "Fair Play” Komitəsinin və Avropa "Fair Play” Hərəkatının birgə konqresinin və Avropa "Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırlaıb.

Daha sonra Avropa "Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq "Fair Play” Hərəkatının xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev Beynəlxalq "Fair Play” Hərəkatının xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirib, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğulayıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol