• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birinə dəstək verir"

"Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birinə dəstək verir"
19.10.2015 16:41
"Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri var və iki ölkə arasındakı bu münasibətlər gündən-günə güclənir".

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan gürcüstanlı həmkarı Qrigori Kvirikaşvili ilə birgə keçirdikləri brifinqdə  bildirib.

Onun sözlərinə görə, iki ölkə beynəlxalq aləmdə bir-birinə dəstək verir.

Məmmədyarov görüşdə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib. "Biz Bakı-Tbilisi-Qars layihəsini müzakirə etdik. Gürcüstanda artıq bu layihə üzrə tikinti işləri başa çatıb. İndi Türkiyə ərazisində işlərin tamamlanmasını gözləyirik. İlin sonunda biz bu layihəni dünyaya təqdim etmək niyyətindəyik".

Azərbaycan XİN başçısı görüşdə iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsinin də müzakirə olunduğunu qeyd edib. E. Məmmədyarov 2016-ci ildə bu məsələ ilə bağlı işçi qrupunun iclasının olacağını vurğulayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana noyabrın 6-na nəzərdə tutulan səfəri ilə bağlı məsələlər də müzakirə olunub.

Öz növbəsində, Q.Kvirikaşvili Gürcüstanın coğrafi mövqeyini nəzərə alaraq ölkəsinin nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. O, həmçinin Türkiyə-Azərbaycan-Gürcüstan formatında dialoqun inkişafında ölkəsinin maraqlı olduğunu bildirib. Qrigori Kvirikaşvili azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Gürcüstana rəsmi səfərə dəvət edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol