• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “Milli Məclisə seçkilərdə gənclər aktiv olmalıdır”

Əli Həsənov: “Milli Məclisə seçkilərdə gənclər aktiv olmalıdır”
20.10.2015 12:37
 "Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir”.

"Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində gənclərin fəallığı ilə bağlı təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar: "Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Yəni, gənclər bir sıra məsələlərdə dövlətin yanında olmalıdır. Avropa Oyunlarında Azərbaycan gənci necə fəallıq göstərdi, şahidi oldunuz. Həmin oyunlarda 10 mindən çox Azərbaycan gənci iştirak etdi. Bu da göstərdi ki, bizim gənclər digələri ilə rəqabət aparmaq gücündədir”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol