• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-dəki nümayəndəlik: "Bu, sülh səylərinə təkan verəcək”

ATƏT-dəki nümayəndəlik: "Bu, sülh səylərinə təkan verəcək”
30.10.2015 13:23
"Prezidentlərin görüşə hazır olması və sülh yolu ilə həll prosesi üçün əsas elementləri və digər məsəlləri müzakirə etməsi vacibdir”.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı bəyanatına cavab olaraq ATƏT Daimi Şurasının 1073-cü iclasında yaydığı bəyanatda deyilir. Bildirilir ki, danışıqlar prosesini irəli aparmaq üçün istənilən səylər vacibdir: "Həmsədrlərin bəyanatındakı ikinci pozitiv məqam həmsədrlərin münaqişədən birbaşa əziyyət çəkən icmalar arasında dialoqun bərpasını istəmələridir. Biz icmaların regiondakı gələcəyi ilə bağlı müzakirələrə imkan verən səyləri və azərbaycanlılarla erməniləri bir araya gətirən proqramları dəstəkləyirik. Hesab edirik ki, bu iki məsələ bir-birini tamamlayır və biz bunun nəticə verməsi və azərbaycanlı və erməni icmalarının görüşməsi üçün səylərimizi artırmalıyıq. Bəyanatda həmçinin İrəvanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin BQXK-nin əməkdaşları ilə görüşdüyü vurğulanıb. Nəhayət ki, həmsədrlər Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi aparmaq sahəsində əldə etdikləri razılaşmaları həyata keçirmək barədə danışıqlar aparıblar. Əgər bu istiqamətdə də irəli hərəkət edilsə, bu, sülh səylərinə təkan verəcək”.
 
Bəyanatda qeyd olunur ki, təmas xəttində mina və raket qurğularından istifadə onu göstərir ki, münaqişə bitməyib və işğal davam edir: "Biz hərbi faktoru aradan qaldırmalıyıq. Biz status-kvonu dəyişmək üçün səylərimizi artırmalıyıq. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin, ATƏT-in və dünya ictimaiyyətinin dəfələrlə vurğuladığı məsələdir. Yeganə hərbi amil Ermənistan ordusunun o torpaqlarda mövcudluğudur. Əgər Ermənistan hökuməti təmas xəttində təhlükə və insidentlər məsələsi ilə bağlı ciddidirsə, onlar öz qoşunlarını geri çəkməlidirlər və insanlar nəhayət, özlərini bu ərazilərdə təhlükəsiz hiss etməlidir”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol