• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bəyanat yaydı

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bəyanat yaydı
06.11.2015 13:05
ATƏT DTİHB və Parlament Assambleyasının Azərbaycandakı seçki prosesindən özünü təcrid etməsi onların parlament seçkiləri ilə bağlı hər hansı münasibət bildirməsini istisna edir.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1075 saylı iclasında 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanatında deyilir. 

Bəyanatda bildirilir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, ATƏT/ DTİHB Azərbaycanla bu sahədə əməkdaşlıqdan imtina edib: 

"Faktiki olaraq, biz ATƏT-in belə imkanı əldən verdiyini düşünürük. 

DTİHB direktorunun öz mandatını pozması ilə bağlı Azərbaycan hökuməti və rəhbərliyinin mövqeyi aydındır. Son iki ayda bununla bağlı ATƏT-in Daimi Şurası ilə əlaqə yaratmağa çalışdıq. DTİHB-nu inandırmağa çalışdıq ki, Azərbaycana müşahidəçi göndərməmək qərarı mənfi presedent yaradacaq. Təəssüf ki, DTİHB bizim çağırışlarımıza cavab vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi.  

DTİHB tərəfindən belə yanaşma mövcud vəziyyət aradan qaldırılmadan adıçəkilən institutla əməkdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə zəiflədir”.

Bəyanatda, həmçinin o da vurğulanır ki, AŞPA, MDB, Türkdilli ölkələrin Parlament Assambleyalarının müşahidə missiyalarının hesabatları Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirildiyini deməyə əsas verir.

Sonda Azərbaycanın ATƏT institutları və ATƏT, habelə Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığı davam etdirməyə hazır olduğu diqqətə çatdırılır. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol