• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Marneulidəki soyuducu anbar kompleksi ilə tanış oldu

İlham Əliyev Marneulidəki soyuducu anbar kompleksi ilə tanış oldu
06.11.2015 16:45
Azərbaycanın həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib.

Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi ilə tanış olublar.

ANN.Az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçılarına məlumat verildi ki, "Aqroinvest 146” Məhdud Məsuliyyətli Cəmiyyətin soyuducu anbar kompleksi bu il aprelin 18-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Candar qəsəbəsində istifadəyə verilib. İki hektar ərazini əhatə edən kompleksə ofis və yardımçı binalar, 12 soyuducu və bir saxlama kamerası, transformator və təhlükəsizlik binaları, çəki məntəqəsi və su anbarı daxildir.

Bu müəssisə Gürcüstanda fəaliyyət göstərən ən böyük soyuducu anbar kompleksidir.

Soyuducu kameraların sahəsi 4250 kvadratmetrdir. Ət və balıq məhsulları üçün nəzərdə tutulan iki kameranın -5°C-dən -20°C-dək soyutma imkanı var. Temperaturun -5°C-dən +5°C -dək dəyişdiyi digər 10 kamerada isə meyvə- tərəvəz və çərəz saxlanılacaq. Soyuducu anbar kompleksi 2100 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları və min ton çərəzin saxlanılması üçün nəzərdə tutulub.

Kvemo-Kartli regionuna xidmət göstərən kompleks Azərbaycanın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri çərçivəsində istifadəyə verilib. Tikintisinə 2013-cü ilin martında başlanan obyektdə inşaat işləri "Akkord Georgia” şirkəti tərəfindən həyata keçirilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol