• $
  • €
  • ₽
  • ₺
  • £

Uorlik: Qarabağ münaqişəsinin həlli əziyyət regiona çiçəklənmə gətirəcək

Uorlik: Qarabağ münaqişəsinin həlli əziyyət regiona çiçəklənmə gətirəcək
09.11.2015 16:40
Həmsədrlərin regiona son səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilin sonuna kimi görüşəcəklərinə söz verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ilin sonuna kimi hər iki ölkə prezidentinin görüşməsi üçün hazırlıq aparır”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "armenpress”ə müsahibəsində deyib.  
 
O, prezidentlərin görüşündə münaqişənin həlli üçün vacib olan elementlərin müzakirə olunacağına ümid etdiklərini bildirib: 

"Biz onları gərginliyi aradan götürmək, dinc sakinlər də daxil olmaqla itkilərdən yayınmaq üçün bu imkandan yararlanmağa çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatiyadan başqa alternativ yoxdur. Həmsədrlərin və tərəflərin iştirakı ilə aparılan danışıqlar olmasa, hərbi yolla həll  təhlükəsi artar. Oktyabrda tərəflər dialoqu aktivləşdirməyə söz veriblər və ümid edirik ki, gözlənilən görüş bunun üçün yeni stimul olacaq”.
 
Həmsədr deyib ki, sülh yolu ilə həll uzun müddət münaqişədən əziyyət çəkən bu regiona sülh və çiçəklənmə gətirəcək: "Tərəflər bizim bu işdə rolumuzu qiymətləndirdikləri müddətdə həmsədrlər öz səylərini davam etdirəcəklər. Lakin son qərarı prezidentlər verməlidirlər”.
 
Ceyms Uorlik ATƏT-in Monitorinq qrupunun və həmsədrlərin təmas xəttini keçən zaman baş verən insidentin qəbuledilməz olduğunu qeyd edib: "Atəşin hansı tərəfdən açıldığını müəyyən etmək mümkünsüzdür və bu danışıqlar prosesini pozmaq üçün qəsdlə edilib. ATƏT müşahidəçiləri təmas xəttində və beynəlxalq sərhəddə təhlükəsizlik  və stabilliyə şərait yaradaraq vacib funksiya həyata keçirirlər. Heç nə onların təhlükəsizliyinə təhdid yaratmamalıdır”. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol