• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayır

Azərbaycan ATƏT PA prezidentinin bəyanatını alqışlayır
20.11.2015 11:07
"Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT PA-nın prezidenti İlkka Kanervanın Daimi Şuraya müraciətini alqışlayır.”
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1078 saylı iclası ilə bağlı yaydığı bəyanatda deyilir.
 
Bəyanatda bildirilir ki, Azərbaycan ATƏT məkanında etimad tədbirlərinə xidmət edən parlamentlərarası əməkdaşlığı dəstəkləyir: "Məhz bu çərçivədə biz assambleyanın 2014-cü ildə keçirilən illik iclasına ev sahibliyi etmiş və Parlament Assambleyası ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğumuzu ifadə etmişdik. Eyni qaydada, biz noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Parlament Assambleyasına dəvət göndərmişdik. Təəssüf ki, assambleya ATƏT-ə üzv dövlətin bu təklifini rədd etdi və əvəzinə DTİHB-nin qurumun mandatına uyğun olmayan birtərəfli qərarına əməl etdi”.
 
 
Bununla yanaşı, sənəddə Azərbaycanın assambleyanın ATƏT məkanında "dondurulmuş" münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəkləməsi ilə bağlı ardıcıl mövqeyini alqışladığı vurğulanır.
 
 
Qeyd edək ki, ATƏT Parlament Assambelyasının prezidenti İlkka Kanevra Daimi Şuranın noyabrın 19-da keçirilən iclasında ATƏT-i Azərbaycanda ofisini bərpa etməyə çağırıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol