• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda alman jurnalistin adı "qara siyahı"ya salınacaq

Azərbaycanda alman jurnalistin adı "qara siyahı"ya salınacaq
21.11.2015 14:53
Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın "Die Welt" qəzetində jurnalist Von Elin Enrenreyx tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərin nəticəsi olaraq yazılmış məqaləyə münasibət bildirib.

Nazirliyin mətbuat katibi Hikmət Hacıyev bildirib ki, yazıdan da göründüyü kimi, səfər "Gebeko” adlanan turizm şirkəti tərəfindən təşkil edilib və maliyyələşdirilib: "Sifarişlə həyata keçirilən bu səfərdən hər hansı peşəkar və obyektiv jurnalist qənaəti gözləmək qeyri-mümkündür. Jurnalist media etikasından kənar şəkildə, Ermənistanın təbliğatının təsiri altında Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təşviq edir. Obyektiv media prinsiplərinə xidmət edən jurnalist işğala məruz qalmış Azərbaycanın və haqqında bəhs etdiyi Şuşa və Xankəndi şəhərlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlərin də mövqeyini əks etdirməli idi”.
 
H. Hacıyevin sözlərinə görə, jurnalistin erməni təbliğat maşınının təsiri ilə münaqişəyə dini don geyindirmək cəhdi də hər hansı tənqidə dözmür: "Münaqişədə siyasi və hüquqi əsaslardan məhrum olan Ermənistan indi də din pərdəsi altında öz işğal və təcavüzünə "bəraət" qazandırmağa çalışır. Hamıya bəllidir ki, münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və törətdiyi işğal və təcavüzdür. Azərbaycanın multikulturalizm ənənələri, pravoslav, katolik və yəhudi dini icmalarına göstərilən qayğı, eləcə də qonşu Gürcüstanla xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan strateji tərəfdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır.  Bu jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Almaniyadakı səfirliyimiz tərəfindən də "Die Welt"-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq "Gebeko" şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaq”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol