• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər"

"Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər"
26.11.2015 20:07
"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının 20 ildən artıqdır baxımsız vəziyyəti bütün sərhədboyu regiona təhlükə törədir".
 
APA-nın Avropa Şurası Parlament Assambleyasının saytına istinadən verdiyi məlumata görə, bu barədə AŞPA Sosial Məsələlər Komitəsinin qəbul etdiyi "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsində bildirilir.
 
Milisa Markoviçin müəllifi olduğu məruzədə bildirilir ki, Sərsəng su anbarının təmirsiz vəziyyəti insan itkisi və humanitar böhranla nəticələnə biləcək fəlakətə səbəb ola bilər: "Bu humanitar problem fonunda Komitə Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidən çıxarılmasını tələb etməklə yanaşı, həm də müstəqil mühəndis və hidroloqların ərazidə araşdırma aparmasına, irriqasiya kanallarına, Sərsəng və Madagiz anbarlarının vəziyyətinə, payız və qışda suyun buraxılması cədvəlinə beynəlxalq nəzarətin olması ilə bağlı müraciət edir".
 
Sənəddə o da bildirilir ki, Azərbaycanın cəbhəboyu sakinləri bilərəkdən sudan məhrum edilirlər.
 
Ermənistan hakmiyyəti su mənbələrindən siyasi təzyiq aləti kimi istifadəni dayandırmağa çağırılır.
 
Qeyd edək ki, "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı məruzənin qətnamə layihəsi AŞPA Sosial Məsələlər Komitəsinin noyabrın 23-də Parisdə keçirilən iclasında qəbul edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol