• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın istefa çağırışına Rusiya cavab verdi

Ərdoğanın istefa çağırışına Rusiya cavab verdi
02.12.2015 09:23
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransanın paytaxtından Rusiya prezidenti Vladimr Putinə qarşı səsləndirdiyi istefa çağırışına rəsmi Moskva cavab verdi.
 
ANS PRESS-in məlumatına görə, Ərdoğanın çağırışını Kremlin sözçüsü Dmitri Peskov cavablandırıb. Peskov əllərində olan məlumatlardan terrorla mübarizədə istifadə etdiklərini deyib.

"Mövcud vəziyyətdə əsas olan bu məlumatlara sahib olmaq və onlardan nəyisə sübut etmək üçün yox, terrorla mübarizədə istifadə etməkdir. Bu məlumatlardan terrorla mübarizədə istifadə edirik.” – deyə Peskov bildirib.

Rusiyanın prezidenti Vladimr Putin Parisdə keçirilən iqlim sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türkiyə barədə bəzi iddialar səsləndirmişdi. Türkiyənin İŞİD terror qruplaşmasından neft aldığını deyən Putin bununla bağlın əlində yeni sübutlar olduğunu iddia etmişdi.

Putinə cavab verən Ərdoğan, iddialar sübuta yetiriləcəyi təqdirdə tutduğu vəzifədən istefa verəcəyini demiş və əks təqdirdə rus həmkarının analoji addımı atıb-atmayacağını soruşmuşdu.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol