• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamı dindirildi

Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı iş adamı dindirildi
29.05.2020 02:42
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən rusiyalı iş adamı German Sterliqov Rusiyanın İstintaq Komitəsində dindirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə German Sterliqovun özü məlumat verib.

O qeyd edib ki, bu yaxınlarda İstintaq Komitəsinə çağırılıb: "Orada komitənin iki əməkdaşı məni dindirdi. Azərbaycanın mənə qarşı irəli sürdüyü ittihamlar əsasında suallar verdilər".

G.Sterliqovun sözlərinə görə, İstintaq Komitəsinin müstəntiqləri ona Azərbaycana təhvil verilməyəcəyini deyiblər: "Rusiya öz vətəndaşlarını ələ vermir".

Qeyd edək ki, "German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və onun ailə üzvləri 2015-ci il 4 iyul tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan Respublikasının ərazisinə daxil olub. Azərbaycanın Baş Prokurorluğu German Sterliqova qarşı dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə ittihamı irəli sürüb. Həmin ittihamlara əsasən, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyi onun barəsində dövlətlərarası axtarış elan edib.

Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu bir neçə ay əvvəl German Sterliqovun dindirilməsi üçün Moskvaya səfər etmişdi.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol