• $
  • €
  • ₽
  • ₺
  • £

Nikolay Leviçev: “Türkiyə ilə münasibətlərin korlanması Azərbaycanla əlaqələrimizə təsir edə bilməz”

Nikolay Leviçev: “Türkiyə ilə münasibətlərin korlanması Azərbaycanla əlaqələrimizə təsir edə bilməz”
07.12.2015 14:30
"Azərbaycanla münasibətlərin inkişafını çox həssaslıqla izləyirik. Ümid edirik ki, Azərbaycan Türkiyə tərəfindən Rusiya ilə münasibətlərdə yaranan mübahisəyə cəlb olunmayacaq. Azərbaycanın özünün taleyi, öz tarixi, dövlətçiliyi, suverenliyi var. Ümid edirik ki, Moskva ilə Bakının çoxəsrlik dostluq əlaqələri bundan sonra daha da güclənəcək”.
 
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının sədr müavini, "Ədalətli Rusiya” fraksiyasının deputatı Nikolay Leviçev deyib. O, Azərbaycanı çox sevdiyini söyləyib: "Hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin korlanması heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz. İki ölkə arasında çoxəsrlik dostluq və qonşuluq münasibətləri digər qonşu dövlətlərə nümunədir. Bu gün bütün sahələrdə Rusiya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Hesab edirəm ki, artıq Avrasiya İqtisadi Birliyi çərçivəsində Azərbaycanla sənədləşmə işləri aparıla bilər. Ola bilsin ki, yaxın gələcəkdə Azərbaycanın bu təşkilata üzvlük məsələsi gündəmə gəlsin”.
 
N. Leviçev Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır” bəyanatına da münasibət bildirib: "Rusiya Azərbaycan prezidentinin Türkiyə ilə münasibətlərin normallaşmasında vasitəçilik təklifini müsbət qiymətləndirir. Lakin biz hər zaman qeyd edirik ki, raket Türkiyə tərəfində olub və orada da qalıb. Nə qədər ki, Türkiyə tərəfindən müəyyən addımlar atılmayıb və ya bəyanatlar verilməyib, münasibətlərin normallaşması çətin olacaq. Azərbaycan prezidenti İlham Əliyevin təklifi bizim üçün çox dəyərlidir. Lakin Türkiyə tərəfindən müəyyən addımların atılmasını gözləyirik. Hələlik Ankaranın belə bir arzusunun olduğunu görməmişik”.
 
Rusiya Dövlət Dumasının sədr müavini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən və bu prosesdə Rusiyanın tutduğu mövqedən də danışıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici siyasətinin prioritet istiqamətlərinə daxildir: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə nizamlanması ilə aktiv məşğul olur. Rusiya həm Minsk Qrupu formatında, həm də Azərbaycan və Ermənistanla ikitərəfli formatda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edir. Münaqişənin həllinin daha çox Moskvadan asılı olması fikri yanlışdır. Çünki bu, sadə problem deyil. Rusiya mikroskopik addımlarla olsa belə, bu münaqişəni həll etmək istəyir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı hansısa tələsik bəyanatlar vermək prosesin özünə ziyan verər”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol