• $
  • €
  • ₽
  • ₺
  • £

“Prezident İlham Əliyevlə çox isti, çox faydalı görüşümüz oldu”

“Prezident İlham Əliyevlə çox isti, çox faydalı görüşümüz oldu”
08.12.2015 18:38
"Kiçik vətən Kıbrısdan və can Azərbaycandan sizə qucaq dolusu salam və məhəbbət gətirmişəm”.

APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında çıxış edərkən deyib. Seçkilərdən və parlamentdə etimad səsi aldıqdan sonra dekabrın 1-də Kıbrısa, dekabrın 3-də isə Azərbaycana səfər etdiyini xatırladan Ə. Davudoğlu bunun Türkiyə dövlətinin çox gözəl bir ənənəsi olduğunu söyləyib. O bildirib ki, Bakı küçələrində qarşılaşdığı insanlar 1 noyabrda Türkiyə üçün dua etdiklərini qeyd ediblər: "Bir daha hiss etdim ki, 1 noyabr zəfəri təkcə 78 milyonun deyil, bütün könül coğrafiyasının zəfəridir. Buradan Kıbrıs və Azərbaycan başda olmaqla, həmin coğrafiyaya səslənərək deyirəm ki, necə ki, sizlər o gecə bizim üçün dua etdiniz, bizlər də gecəmizi gündüzümüzə qataraq hər cür problemdə sizin yanınızda olacağıq və ürəyimizdəki yerinizi heç vaxt itirməyəcəksiniz. Al bayrağın könüllərdə yaşadığı hər yerdə Türkiyə Cümhuriyyəti dövlətinin qüdrəti və şəfqəti hegemon olacaq”.

Ə. Davudoğlu Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə apardığı danışıqların çox isti, çox faydalı və üfüq açıcı olduğunu vurğulayıb. O, ikitərəfli əlaqələrin bütün tərəflərini, eləcə də bölgədə baş verənləri müzakirə etdiklərini deyib və Azərbaycan prezidentinə təşəkkür edib: "İstər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə, istərsə də mətbuat konfransında "hər nə olursa olsun, nə baş verirsə versin, qardaş Türkiyənin yanındayıq” deyərək hamıya dostumuzun kim olduğunu göstərdi. Bir daha ona təşəkkür edirəm”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol