• $
  • €
  • ₽
  • ₺
  • £

“Dağlıq Qarabağda zorakılıq hallarının artması qəbuledilməzdir”

“Dağlıq Qarabağda zorakılıq hallarının artması qəbuledilməzdir”
10.12.2015 09:24
"Dağlıq Qarabağdakı son insidentlərdə ölən və yaralananlarla bağlı başsağlığı veririk".
 
 
APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında deyib. Onun sözlərinə görə, zorakılıq hallarının artması və ağır texnikadan istifadə qəbuledilməzdir: "Biz tərəfləri ciddi şəkildə atəşkəs rejiminə əməl etməyə çağırırıq. Xatırlatmaq istəyirik ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə götürdükləri öhdəliyə uyğun gəlmir. Bu ilin sonuna kimi ATӘT-in Minsk qrupu həmsədrləri prezidentlər arasında növbəti görüş keçirməyi planlaşdırırlar. Biz tərəfləri zorakılıqdan çəkinmək və sammitin başa tutması üçün danışıqlar atmosferini inkişaf etdirmək sahəsində bütün addımları atmağa çağırırıq".

Con Kirbi Rusiya ilə Türkiyə arasında baş verən qalmaqalın Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə gətirib çıxara biləcəyi haqda suala cavab olaraq deyib ki, onlar mənbənin haradan gəlməsindən asılı olmayaraq eskalasiyanın özündən narahatdır: "Hər iki hadisədə biz gərginliyin aradan qaldırılmasının və soyuq başla düşünmənin tərəfdarıyıq. Biz zorakılıq hallarından narahatıq. Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında münasibətləri monitorinq edəcək və izləyəcəyik. Biz gərginliyin aradan qaldırılmasını istəyirik".
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol